AZ

Lalə Hüseynova: “Övraqi-nəfisə” jurnalı incəsənət və mədəniyyətimizi geniş ictimaiyyətə tanıdıb

Bakı, 17 fevral, AZƏRTAC

1919-cu ildə “Övraqi-nəfisə” incəsənət jurnalı nəşr olunub. Onun naşiri Zülfüqar Hacıbəyli, redaktoru isə Əliabbas Müznib idi. Jurnal vasitəsilə Azərbaycan incəsənətini və mədəniyyətini geniş ictimaiyyətə tanıtdılar. Həmin vaxt o jurnalda bir çox gözəl əsərlər işıq üzü gördü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının Elm innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova deyib.

"Hazırkı dövrdə bu nəşrləri transliterasiya edərək ictimaiyyətə təqdim edirik. Kitab və topluların transliterasiyası və təqdimatına dəstək göstərən qurumlardan biri də ADA Universitetidir. Milli Konservatoriya olaraq biz həmin dövrün musiqi irsini də bərpa etməyə çalışdıq. Bu gün Konservatoriyada keçirilən “Övraqi-nəfisə” jurnalının təqdimat mərasimində həmin dövrün musiqi parçaları da səsləndirildi", - deyə professor qeyd edib.

Seçilən
34
1
azertag.az

2Mənbələr