AZ

“Samsung” ekranları “Apple” cihazlarında istifadə edilə bilər


“Apple” şirkəti gələcək “MacBook” modellərində “Samsung”un “Məxfilik Ekranı” texnologiyasını tətbiq edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “GizmoChina” şirkəti “Ice Universe” şirkətinin məlumatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım “Apple” noutbuklarının OLED ekranlara keçidi ilə üst-üstə düşə bilər və bu, onilliyin sonuna doğru daha yüksək səviyyəli modellərdə başlayacaq. “Samsung”un məxfilik qorunması həlli xüsusilə OLED panelləri ilə istifadə üçün nəzərdə tutulub.
“Məxfilik Ekranı” texnologiyası piksel səviyyəsində işığın istiqamətini idarə etməyə imkan verən “Flex Magic Pixel OLED” texnologiyasına əsaslanır. Aktivləşdirildikdə, birbaşa baxıldıqda ekran aydın qalır, lakin yan tərəfdən baxıldıqda görmək çətinləşir. Ekranı daimi olaraq qaraldan ənənəvi fiziki məxfilik filtrlərindən fərqli olaraq, proqram təminatı sistemi lazım olduqda açıla və söndürülə bilər.
Seçilən
71
1
yeniavaz.com

2Mənbələr