AZ

Məşhur amerikalı hüquq müdafiəçisi və siyasətçi Cessi Cekson VƏFAT ETDİ

Məşhur amerikalı hüquq müdafiəçisi və siyasətçi Cessi Cekson vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Məşhur amerikalı mülki hüquqlar müdafiəçisi və iki dəfə ABŞ prezidentliyinə namizəd olmuş Cessi Cekson 84 yaşında dünyasını dəyişib.

Onun bu gün səhər saatlarında, ailə üzvlərinin əhatəsində vəfat etdiyi bildirilir.

Cessi Cekson kiçik Martin Lüter Kinq ilə çiyin-çiyinə mübarizə aparan görkəmli şəxsiyyətlərdən biri idi.

O, gənclik illərində Kinqin yaxın ətrafına daxil olub və 1968-ci ildə Memfisdə (Tennessi ştatı) baş verən faciəvi qətl hadisəsi zamanı onun yanında olub.

Siyasətçi bütün həyatını həm ABŞ-də, həm də xaricdə əhalinin müdafiəsiz təbəqələrinin mülki hüquqları uğrunda mübarizəyə həsr edib.

2017-ci ildə Cekson Parkinson xəstəliyindən əziyyət çəkdiyini ictimaiyyətə açıqlasa da, bu, onun aktiv fəaliyyətinə mane olmayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
102
interpress.az

1Mənbələr