AZ

Azərbaycana Yaponiyadan dondurulmuş quzular gəlir Ət ucuzlaşacaq?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Ötən il Azərbaycan 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti (təzə və yaxud soyudulmuş, dondurulmuş) idxal edib. Bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 9,3%, kəmiyyət olaraq 3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Monqolustandan 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,8 dəfə çox) 324,53 ton (+5,8 dəfə), Yeni Zelandiyadan 3,89 min ABŞ dolları dəyərində (-67%) 0,09 ton (-76%), Belçikadan 2 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,06 ton (+20%), Avstraliyadan 1,64 min ABŞ dolları dəyərində (+27 dəfə) 0,03 ton (+3 dəfə) və Yaponiyadan 0,06 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alıb. 2025-ci ildə son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq tədarük Yaponiyadan həyata keçirilib. 2024-cü ildə Azərbaycana idxal edilmiş 103 ton quzu ətinin 54%-i Monqolustanın payına düşüb.İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki,  yaponiyadan idxal olunan quzu ətinin ölkə bazarındakı qiymətlərə ciddi təsir göstərəcəyi gözlənilmir:“Bunun əsas səbəbi idxal həcminin olduqca məhdud olmasıdır. Bu məhsul kütləvi istehlak üçün deyil, daha çox delikates və ya emal olunmuş ət kateqoriyasına aiddir. Belə məhsullar isə geniş bazarı əhatə etmədiyindən qiymət formalaşmasına təsir etmir. Ümumilikdə ət qiymətlərinə təsir edən amillər idxal olunan məhsulun hansı ölkədən gətirilməsindən daha çox, daxili və regional təkliflə bağlıdır. Bu baxımdan ölkədə heyvandarlığın inkişaf səviyyəsi əsas rol oynayır. Yerli istehsalın artması bazarda təklifi genişləndirir və qiymətlərin sabitləşməsinə şərait yaradır. Digər mühüm amil isə qonşu ölkələrdən diri və dondurulmuş qoyun ətinin idxalının artmasıdır. Bu cür idxal bazarda alternativ təklif yaradır və müəyyən hallarda qiymətlərə təsir göstərə bilir. Lakin hansısa uzaq ölkədən cəmi 1-2 ton ətin gətirilməsi ümumi bazar üçün əhəmiyyətli sayılmır və qiymət dinamikasına təsir göstərmir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
5
demokrat.az

6Mənbələr