AZ

"Arsenal"dan İtaliyada casusluq: Arteta yeni hücumçusunu tapdı

"Arsenal"ın skautları İtaliya A Seriyasındakı son "Derby d'Italia" matçında "İnter"in gənc forvardı Françesko Pio Espositonu xüsusi olaraq izləyiblər.

Fanat.Az xəbər verir ki, "Yuventus"a qarşı 3:2 hesabı ilə başa çatan dramatik qələbədə sonradan meydana daxil olaraq qol vuran 20 yaşlı hücumçu londonluları özünə heyran qoyub.

Mikel Artetanın yay transfer pəncərəsində heyəti gücləndirmək üçün Espositonu ən perspektivli namizədlərdən biri kimi gördüyü və onun üçün rəsmi təklifə hazırlaşdığı vurğulanır. Buna baxmayaraq, "İnter" rəhbərliyi öz yetirməsini Lautaro Martinesin xələfi hesab edir və onu asanlıqla satmaq niyyətində olmadığını bəyan edib.

"Topçular"ın isə italyan klubunun bu sərt mövqeyinə baxmayaraq, yayda böyük bir büdcə ilə milanlıların qapısını döyəcəyi gözlənilir.

Kamil Xudiyev

Seçilən
70
1
fanat.az

2Mənbələr