AZ

Ukraynada keçmiş nazir həbs edildi

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu həbs edib.

Publika.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhkəmənin qərarı ilə o, 60 sutka müddətinə həbs edilib və 200 milyon qrivna (4,6 milyon dollar) məbləğində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə məhkəmə zalındaca saxlanılıb.

Qaluşenko qərardan narazı qaldığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Seçilən
18
1
publika.az

4Mənbələr