AZ

“Atletiko”nun Simeone ilə bağlı planı bəlli oldu

Əgər Dieqo Simeone Kral Kubokunu və ya hər hansı digər kuboku qazanarsa, “Atletiko” onunla müqavilə müddətini uzadacaq.

Publika.az xəbər verir ki, onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Klub inanır ki, bu mövsüm edilən yeni transferlərlə Simeonenin yaxın bir-iki il ərzində UEFA Çempionlar Liqasında qələbə qazana biləcək bir komanda qurmaq üçün real fürsəti var.

Bu barədə “The Touchline” məlumat yayıb.

Seçilən
15
publika.az

1Mənbələr