AZ

Azərbaycanda vəkili "Range Rover"lə izlədilər, zəng etdilər, qəzaya saldılar...

Ötən gün vəkil Əminə İsmayılzadə öz sosial şəbəkə hesabında başına gələn dəhşətli hadisə ilə bağlı məlumat paylaşıb.

Avtosfer.az xəbər verir ki, vəkil öz paylaşımında qeyd edib ki, sentyabrın 24-ü Bakı-Gəncə yolunda ağır qəza keçirib. Belə ki, Ağstafaya məhkəmədə peşə fəaliyyətini yerinə yetirmək məqsədilə özünün idarə etdiyi maşınla hərəkətdə olarkən ağır yol nəqliyyat hadisəsi baş verib.

Qəzaya səbəb isə 3 nəfər kişinin olduğu “Range Rover” markalı nəqliyyat vasitəsi tərəfindən uzun müddət təqib edilməsi olub.

Vəkil qeyd edib ki, yol boyu müxtəlif formada onun avtomobillə hərəkətinə tanımadığı, nə istədiklərini başa düşmədiyim şəxslər manevrlər etməklə maneə yaradıb. Bu azmış kimi “Range Rover”dəki şəxslərə kimsə tərəfindən avtomobilinin qeydiyyat nişanı ilə bağlı bütün şəxsi məlumatlar götürülərək təqdim edilib. Vəkil tanınmış biznesmen olduğunu iddia etdiyi sürücünün onun istifadəsində olan mobil nömrəsinə gizli nömrədən zənglər etməklə əməllərinə davam edib.

Əminə İsmayılova zəngin kim tərəfindən edildiyini bilmədiyi üçün telefonu açıb, həmin sürücü olduğunu bildiyində isə ona vəkil olduğunu bildirib və hərəkətinə maneə yratmamalarını tələb edib. Buna baxmayaraq, yenidən onu yol boyu narahat etməyə davam ediblər.

Nəticədə 3 nəfərin ölmü ilə yekunlaşa biləcək qəzanın qarşısını çox çətinliklə ala bilib. Qəza nəticəsində avtomobillə 10 dəfəyə yaxın fırlanmaqla yol kənarında olan dəmirlərə çırpıldığını bildirən xanım vəkil, ona məxsus nəqliyyat vasitəsinin tam yararsız hala gəldiyini, utilizasiya edildiyini qeyd edib. Hadisə nəticəsində Əminə İsmayılova kəllə-beyin travması alıb və aylarla qəzanın psixoloji və sağlamlıqla bağlı mənfi nəticələrindən sarsıldığını bildirib.

Seçilən
75
2
aznews.az

4Mənbələr