Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Kiyevi münaqişənin sülh yolu ilə həlli çərçivəsində güzəştə getməyə çağırmasını ədalətsiz hesab edib.
Publika.az xəbər verir ki, o, bu fikri "Axios"a verdiyi müsahibədə bildirib.
Zelenski qeyd edib ki, müvafiq çağırışlar Rusiyaya deyil, məhz Ukraynaya ünvanlanıb. O, ehtimal edib ki, Tramp üçün Kiyevə təzyiq göstərmək, Moskvaya təzyiq göstərməkdən daha asan ola bilər.
Müsahibə zamanı Zelenski həmçinin Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını müzakirə etməyə hazır olduğunu, lakin bunun yalnız Rusiyanın öz qoşunlarını eyni məsafəyə geri çəkməsi şərti ilə mümkün olduğunu bəyan edib.