AZ

Almaniya kilsələri müsəlmanları Ramazan münasibətilə TƏBRİK ETDİ

Berlin və Brandenburq kilsələri müsəlmanları Ramazan ayı münasibətilə təbrik ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Almaniya KİV-ləri məlumat yayıb.

Berlin və Brandenburqdakı Evangelik və Katolik kilsələri Ramazan ayının başlanması münasibətilə bölgədəki müsəlman icmalarına təbriklərini və xeyir-dualarını çatdırıblar.

Bu il müsəlmanların müqəddəs orucluq ayının başlanğıcı xristianların böyük pəhriz (lent) dövrü ilə eyni vaxta təsadüf edir.

Arxiyepiskop Hayner Kox və torpaq yepiskopu Kristian Şteblyayn bölgənin İslam qurumlarına birgə məktub ünvanlayıblar.

Məktubda dinlərarası dialoqun əhəmiyyəti qeyd olunub və ortaq dəyərlər olan “sülhsevərlik, ədalət, həmrəylik və qarşılıqlı məsuliyyət” hissləri vurğulanıb.

Kilsə rəhbərləri həmçinin Yaxın Şərq və İrandakı insanların çətin vəziyyətinə də diqqət çəkiblər:

“Bir çoxunuzun bu regionla şəxsi və ailəvi əlaqələri var. Sizə öz rəğbətimizi və dərdinizə şərik olduğumuzu ifadə etmək istəyirik. Həm xristianların, həm də müsəlmanların ortaq ümidi bütün məsum qurbanların yanında olan Allahdır”, – məktubda bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr