Dünən Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayı ilə əlaqədar iclası keçirilib.
QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.
İclasda Qazılar Şurasının Ramazan ayı ilə bağlı hazırladığı fətva da səsləndirilib. Orucluğun qaydaları, vaxtları və digər dini məsələlər öz əksini tapıb. Fətva səsə qoyularaq Şura üzvləri tərəfindən qəbul edilib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin yenilənmiş loqosu təsdiq edilib.
***
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayı ilə əlaqədar fətva verib.
Fətvaya əsasən bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-dur.
Ramazan bayramının tarixi isə Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla miladi təqvimlə martın 20-nə təsadüf edəcək.
Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat miqdarında müəyyən olunub.
XQ