AZ

Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb

ABŞ-nin Kolorado ştatında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub, 29 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The Denver Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Koloradonun cənubunda 30-dan çox avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində dörd nəfər həlak olub, 29 nəfər yaralanıb", - deyə nəşr qeyd edib.

Bildirilib ki, hadisə torpağı "I-25" magistral yoluna sovuran güclü küləklə bağlı olub. Hazırda qəza yaxınlığındakı sahə şimal istiqamətində bağlanıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Hazırda hadisənin bütün detalları araşdırılır.

Seçilən
98
far.az

1Mənbələr