AZ

Qırğızıstan Prezidenti ilə bağlı qərar verildi -VİDEO

Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qırğızıstan Konstitusiya Məhkəməsi iclasının yekun qərarında belə deyilir.

 

Qərara əsasən, hazırkı dövlət başçısı altı illik səlahiyyət müddətini tam şəkildə başa vuracaq. Beş illik müddətlə bağlı müddəalar isə növbəti seçki dövrlərinə şamil ediləcək.

 

Qeyd olunub ki, növbəti prezident seçkiləri 2027-ci ilin yanvar ayının dördüncü bazar günü — 24 yanvar tarixində keçirilməlidir.

 

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov növbədənkənar seçkilərlə bağlı konstitusiya normalarının şərhi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Buna səbəb isə daha əvvəl iki keçmiş baş nazir, parlament üzvləri, nazirlər, eləcə də tanınmış elm adamları və idmançılar da daxil olmaqla 75 tanınmış şəxsin dövlət başçısı və parlamentə ünvanladığı və erkən prezident seçkilərinin keçirilməsinə çağırdığı müraciət olmuşdu.

 

Müraciət müəlliflərinin fikrincə, Japarov 2021-ci ildə Konstitusiyanın əvvəlki redaksiyası dövründə seçilib, üç ay sonra isə yeni Konstitusiya layihəsi qəbul edilib. Həmin variantda prezidentin səlahiyyət müddəti 6 ildən 5 ilə endirilib, amma o, bir yox, iki müddətə seçilə bilər. Petisiya təşəbbüskarları “Hüquqi uyğunsuzluqların qarşısını almaq üçün” növbədənkənar seçkilərin keçirilməsini təklif etmişdilər...


Seçilən
18
senzor.az

1Mənbələr