AZ

Kilian Mbappe: Prestianni Vinisiusa beş dəfə meymun dedi!

ain.az, sport24.az saytına istinadən bildirir.

"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Benfika"ya qarşı (1:0) matçdan sonra bildirib ki, rəqibin portuqaliyalı vingeri Canluka Prestianni "Kral klubu"nun hücumçusu Vinisius Junioru beş dəfə "meymun" adlandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca"ya açıqlama verib:

"Prestianni Vinisiusa beş dəfə meymun dedi! Beş! Mən də bunu gördüm və eşitdim. O, üzünü köynəyi ilə örtdü ki, heç kim onu ​​görə və ya eşidə bilməsin. Amma bütün bunlar matçdan sonrakı reaksiyasında, üzündə, davranışında aydın görünürdü. Onun üzü yalan danışmır".

Qeyd edək ki, "Real"ın hücumçusu Vinisius Junior "Benfika"nın vingeri Canluka Prestiannini irqçilikdə günahlandırdıqdan sonra oyun ikinci hissədə dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
117
sport24.az

1Mənbələr