AZ

Şəki şəhəri və 32 kəndin mavi yanacağı dayandırılır

Şəki, 18 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Bu gün saat 11:00-dan etibarən Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün saat 11:00-dan etibarən işlərə başlanılacaq və təmir işləri yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz İxrac İdarəsi tərəfindən rayonun Cəfərabad kəndi ərazisindəki QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flansların quraşdırılması nəzərdə tutulur.

Bildirilib ki, dayandırılma Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin bu gün Şəki şəhərindəki Ə.Əliyev küçəsində – “Kaskad” MMC-nin qarşısından keçən diametri 76 mm və 57 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən F.Əbdürəhmanov və B.Vahabzadə küçələrində 442 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Seçilən
90
3
azertag.az

3Mənbələr