Xəbər verdiyimiz kimi, Türkiyənin "Qalatasaray" klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Turinin "Yuventus" komandasını darmadağın edib.
Ölkə.Az-ın xarici mediaya istinadən məlumatına görə, bu məğlubiyyət "Yuventus"un son 68 ildə Avropa yarışlarında ən pis məğlubiyyəti olub. Bu, Turin klubunun 1 oktyabr 1958-ci ildən bəri rəsmi UEFA matçında beş və ya daha çox qol buraxdığı ilk haldır. O zaman Avropa Kubokunun ilkin mərhələsinin cavab oyununda İtaliya klubu Avstriyanın "Viener Viener" komandasına 7-0 hesabı ilə məğlub olub.
"Qalatasaray" 2014-cü ildən bəri ilk dəfə Çempionlar Liqasının pley-off oyununa çıxıb.
Çempionlar Liqasının əsas mərhələsinin sonunda "Yuventus" 13-cü, "Qalatasaray" isə 20-ci yerdə idi.
Xatırladaq ki, İstanbuldakı matç 5-2 hesabı ilə başa çatıb.
Qələbə qollarını Qabriel Sara (15-ci dəqiqə), Noah Lanq (49-cu, 75-ci), Davinson Sançez (60-cı) və Saşa Boe (86-cı), məğlub olan komandanın qollarını isə Ten Kupmeyners (16-cı, 32-ci) vurub.