AZ

Vüqar Qurbanovun taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını "normal qarşıladığını" bildirməklə kifayətləndi.

Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.

Yayılan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Seçilən
66
12
publika.az

2Mənbələr