Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.
Dünya birja məlumatlarına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,90% artaraq 4950 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 2.58% artaraq 75.44 ABŞ dolları olub. Son vaxtlar qızıl bazarında baş verən bahalşma Azərbaycan bazarına da təsirsiz ötüşmür. Bəs hazırda Azərbaycanda qızıl neçəyədir?
"Cebheinfo.az" xəbər verir ki, bu günə olan məlumata görə ölkədə 1 unsiya - 8419.7515 manat, 1 qram təmiz qızılın qiyməti isə 270.7 manatdır.
Eləcə də 1 qarm italyan qızılının qiyməti 203.23 manat, 1 qram türk qızılının qiyməti 158.52 manat, 1 qram rus qızılının qiyməti 157.71 manat təşkil edir.
Nigar Abdullayeva
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.