AZ

Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər - Dövlət Departamenti (ÖZƏL)

Bakı. Trend:

Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edəbilər.

Bunu Trend-əverdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerjivə işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – MərkəziAsiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionuABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur.Kritik infrastrukturun inkişafına investisiyalar və gömrükprosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiyadaxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ciilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilənsammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarətmarşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya vəenerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin vətəchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçünprioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.

Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar,aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerikainvestisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTRvasitəsilə daşınan malların və zəruri resursların həcminiartıracaq.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Seçilən
94
1
az.trend.az

2Mənbələr