AZ

TRIPP Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq - ABŞ Dövlət Departamenti (ÖZƏL)

Bakı. Trend:

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu (TRIPP )Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq.

Bunu Trend-əverdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji vəişgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyatbağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsiniNaxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzərticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasınınbeynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyigözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanınrifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habeləregional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsihesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüsMərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzitimkanları yaradacaq”, – deyə o bildirib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda AzərbaycanPrezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzurdəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh vədövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri AraratMirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərəkTRIPP layihəsinin həyata keçirilməsinə dair çərçivə proqramınıtəqdim ediblər.

Mirzoyan və Rubionun birgə bəyanatında bildirilir ki, ErmənistanTRIPP layihəsinin inkişafına cavabdeh olaraq "TRIPP DevelopmentCompany" yaradılmasını təsdiqləmək və dəstəkləmək niyyətindədir.Şirkətə layihənin ilkin olaraq 49 il müddətinə icrası hüququveriləcək. İrəvan "TRIPP Development Company"nin səhmlərinin 74faizini Vaşinqtona təklif etməyi, 26 faizini isə özündə saxlamağıplanlaşdırır.

Məqalədə:
Seçilən
107
az.trend.az

1Mənbələr