AZ

"Sosial müdafiə sahəsində aparılan islahatlar vətəndaş rifahının yüksəlməsinə xidmət edir"- QHT sədri

Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər sosial müdafiə sistemi üzrə aparılan ardıcıl islahatlar mühüm nəticələr verib.

QHT.az xəbər verir ki, bu sözləri “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva bildirib. Onun sözlərinə görə, vətəndaş məmnuniyyətinin artırılması, iqtisadi inkişafla əhalinin sosial rifahının əlaqələndirilməsi Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindəndir:

"Ünvanlı dövlət sosial yardımı (ÜDSY) aztəminatlı ailələrə göstərilən dövlət qayğısının mühüm mexanizmlərindən biridir. 2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ünvanlı Yardım” elektron sisteminin yenidən qurulması ilə müraciət proseduru daha da təkmilləşdirilib".

 

Pərvanə Fərhadqızı

Seçilən
54
qht.az

1Mənbələr