AZ

Pentaqon Filippində raket sistemlərini yerləşdirməyə davam edəcək

ABŞ Filippinlə danışıqlar zamanı bu ölkənin ərazisində müasir raket sistemləri yerləşdirəcəyinə və digər formatlarda hərbi əməkdaşlığı davam etdirəcəyinə söz verib.

Herbiand.az bildirir ki, bu barədə Associated Press agentliyi xəbər verib.

Məlumata görə, tərəflər bu il üçün birgə müdafiə və təhlükəsizlik planlarını, o cümlədən hərbi təlimləri, Vaşinqtonun Filippin Silahlı Qüvvələrinin modernləşdirilməsinə dəstəyini və müasir raketlərin, pilotsuz sistemlərin yerləşdirilməsini genişləndirmək səylərini açıqlayıblar. Hər iki tərəfin bəyanatında hansı silah sistemlərinin olacağı bildirilməyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
35
herbiand.az

1Mənbələr