AZ

AMEA Prezidenti: Azərbaycan dilinin orfoepiya lüğəti ilin sonunadək çap edilə bilər

Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması ilə bağlı işlər gedir.

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti, akademik İsa Həbibbəyli “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

“Lüğətə yenidən baxmağa ehtiyac var idi. Hazırda bununla bağlı işlər gedir. 2026-ci ilin sonunadək lüğətin çap ediləcəyi ehtimal edilir”,- İsa Həbibbəyli deyib.

AMEA prezidenti qeyd edib ki, şəxs adları ilə bağlı məsələlərə də yenidən baxılmalıdır.

Seçilən
132
3
apa.az

7Mənbələr