AZ

Eldar Əzizov rayon icra başçısına töhmət verə bilərmi? Qanun deyir ki...

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonun icra başçısı Adil Əliyevə töhmət verməsi barədə xəbər ictimai rezonans doğurub. Bəs hər ikis Prezident tərəfindən təyin olunan məmurların bir-birinə töhmət verməsi hüquqi baxımdan doğrdurmu?

“AzPolitika” bildirir ki, qanunvericiliyə görə Bakı şəhər icra hakimiyyətinin başçısı tabeliyindəki rayon icra başçılarını töhmət verməklə xəbərdarlıq edə bilər. Bu, vəzifə öhdəliklərinin pozulması, qanun və qaydalara əməl etməmək hallarında tətbiq olunan nizam-intizam tədbiridir.

Hüquq ekspertləri bildirirlər ki, töhmət Bakı İcra Hakimiyyətinin başçısının tabeliyindəki şəxslər üzərində nizam-intizamı təmin etmək səlahiyyətinin bir hissəsidir. Lakin bunun qanun çərçivəsində, əsaslı səbəblərlə tətbiq olunması vacibdir.

Daha ciddi tədbirlər, məsələn, vəzifədən azad etmə və ya işdən kənarlaşdırma, yalnız Azərbaycan Prezidenti və ya müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə mümkündür.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
azpolitika.info

1Mənbələr