AZ

Naxçıvanda bu sahədə ayrı seçkiliyin aradan qaldırılması təklif edildi

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Naxçıvan Muxtar Respublikasının Ombudsmanı suvarma sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasını təklif edib.

Trend-in məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil məsələ ilə bağlı Ali Məclis qarşısında təklif qaldırıb.

Ombudsman kənd yerlərində suvarma suyunun ədalətli bölgüsü məqsədilə bərabərliyin və şəffaflığın təmin edilməsi, ayrı-seçkiliyin aradan qaldırılmasını və infrastrukturun yenilənməsini təklif edib.

İçməli su təminatında yaranan uzunmüddətli fasilələr zamanı alternativ təminat imkanlarının yaradılması da təkliflər arasında yer alıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 2022-ci il iyulun 16-da Ali Məclisinin yeddinci sessiyasında bu vəzifəyə seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
azpolitika.info

4Mənbələr