AZ

Azərbaycan qətiyyətlə öz strateji hədəflərinə doğru irəliləyir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 fevral, AZƏRTAC

Münxen Təhlükəsizlik Konfransı siyasi qərarların qəbul edildiyi platforma olmasa da, dünya nizamının formalaşmasına təsir göstərən liderlərin iştirak etdiyi mühüm təsisatdır. 1963-cü ildən fəaliyyət göstərən bu platforma hər il artan maraqla davam edir və iştirak edən dövlət və hökumət başçıları, eləcə də digər nümayəndələrin sayı ildən-ilə artır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, bu il keçirilmiş 62-ci Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük nümayəndə heyəti ilə təmsil olundu. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransına bu səfəri də olduqca uğurlu nəticələrlə yadda qaldı. Səfər çərçivəsində Prezident İlham Əliyev 8 görüş keçirdi, iki müsahibə verdi və bir panel iclasında iştirak etdi.

“Dövlətimizin başçımızın böyük şirkət rəhbərləri ilə keçirdiyi görüşlər sırasında dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşü xüsusilə vurğulanmalıdır. Azərbaycan zamanı qabaqlamağı və qlobal inkişaf proseslərinin önündə getməyi hədəfləyən ölkədir. “Oracle” korporasiyası bu istiqamətdə böyük təcrübəyə malikdir və əməkdaşlığımızın perspektivləri kifayət qədər genişdir. Görüşdə “Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlər göstərməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın aparıcı ali təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı”,- deyə A.Badamov vurğulayıb.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin dövlət və hökumət rəhbərləri ilə keçirdiyi görüşlərdə əsas müzakirə mövzusu ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər oldu. Fevralın 14-də “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrində Prezident İlham Əliyev Avrasiya regionunda nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın iştirakı və verdiyi töhfələr barədə geniş fikirlər səsləndirdi. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq nəqliyyat, rəqəmsal və enerji dəhlizləri vasitəsilə qitələri birləşdirir. Yaradılan yeni reallıqlar qitələr arasında iqtisadi əməkdaşlığın genişlənməsinə əlavə imkanlar açır. Azərbaycan dəhlizlərin yaradılmasının təşəbbüskarı kimi çıxış edir. Enerji, nəqliyyat, elektrik və fiber-optik dəhlizləri əhatə edən bu təşəbbüslər ölkəmizin dünya reallıqlarına aydın baxış sərgilədiyini, öz potensialını və beynəlxalq əlaqələrini möhkəmləndirdiyini göstərir. Zəngəzur dəhlizinin açılması isə regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə, Cənubi Qafqazda sülhün bərqərar olmasına mühüm töhfə verə bilər.

“Panel müzakirəsində sual-cavab zamanı dövlətimizin başçısına erməni jurnalistin verdiyi suala cavab olduqca əhatəli və maraqlı oldu. Prezident qeyd etdi ki, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərtdir. Azərbaycan Lideri TRlPP layihəsinin reallaşdırılma mərhələsində olduğunu vurğuladı, “Sülh kəsişməsi” layihəsi ilə bağlı isə Bayden hakimiyyətə qayıtdıqdan sonra başlanmasının mümkünlüyünə dair fikirlərə münasibət bildirərək reallıqların düzgün qiymətləndirilməsinin vacibliyini önə çəkdi.

Dövlətimizin başçısı həm dövlət və hökumət rəhbərləri, həm də böyük korporasiya rəhbərləri ilə keçirdiyi görüşlər göstərir ki, Azərbaycan həm dövlət, həm də özəl sektor sahəsində əməkdaşlığa açıqdır və uzunmüddətli tərəfdaşlıqda maraqlıdır. Bu yanaşma Cənubi Qafqazın ümumi rifahına xidmət edir. Azərbaycanın mövqeyi neytral deyil, biz qətiyyətlə öz strateji hədəflərimizə doğru irəliləyirik”,- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
azertag.az

1Mənbələr