AZ

Kadr dəyişikliyi islahat deyil, cənablar!

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər hansı bir nazir , hər hansı bir komitə sədri, hər hansı bir icra başçısı vəzifəyə təyin olunanda   kadrları dəyişdirir.Yəni köhnə əməkdaşı çıxarıb yenisi ilə əvəzləyir.

Bunalar hamısı normaldır. Normal olmayan odur  ki, kadr dəyişikliyinə  islahat deyilir.Hələ çoxları bilmir ki, islahat nə deməkdir! Kadr dəyişikliyi islahat deyil, cənablar! İslahat  odur  ki,  sistemi , idarəetməni dəyişirsə, mövcud rüşvət mənbələrini, bürokratiyanı, süründürməçimiyi aradan qaldırırsan və haqq- ədaləti bərpa edirsən. Vəzifəyə də elə adamlar təyin edirsən ki, insanlar ondan razı qalır. Amma bizdə biri gedib, bir biri gəlir və öz yaxın adamlarını vəzifəyə təyin edir, heç  nə dəyişmir.

Riyazi dildə demiş olsaq, toplananların yerinə dəyişəndə cəm dəyişmir.Eyni zamanda  təzə gələn vəzifəli şəxs  camaata bir divan tutur ki, dədəsinin toyu yadına düşür.Daha doğrusu, yeni vəzifəyə təyin olunan köhnənin ölənlərinə rəhmət oxutdurur! Bəlkə, yalan deyirik, belə deyil? Bu qədər vəzifəyə yeni  kadrlar  təyin edilib. Nə dəyişib? Yenə köhnə hamam , köhnə tasdır!!!

Emil FAİQOĞLU      

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
adalet.az

1Mənbələr