AZ

Azərbaycan manatının sabit qalması Mərkəzi Bankın ölçülmüş siyasəti hesabına təmin olunur - Allianz

Bakı. Trend:

Azərbaycan manatının sabit qalması yüksək valyuta ehtiyatları vəMərkəzi Bankın ölçülmüş siyasəti hesabına təmin olunur.

Trend bu barədəticarət kreditlərinin sığortalanması sahəsində dünya lideri olan“Allianz Trade” şirkətinə istinadən xəbər verir.

"Allianz" analitikləri 2025-ci ildə Azərbaycanın iqtisadiartımının yavaşladığını vurğulayırlar:

"ÜDM 2024-cü ildəki 4,1 faizlə müqayisədə təxminən 1,6 faizartıb. Bununla belə, təbii qaz ixracının genişlənməsi və qeyri-neftsektorlarının inkişafı hesabına 2026-cı ildə artımın 2,6 faizəqədər bərpa olunacağı gözlənilir. 2025-ci ildə inflyasiya ərzaqməhsulları və xidmətlərin qiymətlərinin təsiri ilə 5,6 faiz təşkiletsə də, Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalır".

“Həcmli ehtiyatlar sayəsində manat sabit olaraq qalır. Bununlabelə, xarici risklər hələ də mövcuddur: qlobal enerji qiymətlərininvolatilliyi, ticarətdə pozuntular və regional geosiyasi gərginlikbərpanı ləngidə bilər. 2026–2027-ci illər üzrə proqnoziqtisadiyyatın şaxələndirilməsi tempindən, qeyri-neft sektorlarınındayanıqlılığından və qlobal əmtəə bazarlarının sabitliyindənasılıdır”, – hesabatda qeyd olunur.

Şirkətdən bildirirlər ki, Azərbaycanda biznes mühiti dövlətmüəssisələrinin idarə edilməsində islahatlar, benefisiarmülkiyyətin şəffaflığı və rəqəmsallaşma sayəsində tədricənyaxşılaşır.

“Bərpa olunan enerji və infrastruktur sahəsində əhəmiyyətliirəliləyiş əldə olunub: bir neçə külək və günəş enerjisi layihəsiistismara verilib, enerji şəbəkələrinin modernləşdirilməsiaparılır. “Yaşıl enerji", regional əlaqəlilik və insan kapitalınıninkişafına diqqətin davam etdirilməsi uzunmüddətli rəqabətqabiliyyəti üçün həlledici əhəmiyyət daşıyır”,-deyə hesabatdavurğulanır.

“2026-cı ildə neft gəlirlərinin azalması və sosial xərclərinartması fonunda fiskal profisitin ÜDM-in təxminən 2 faizinədəkenəcəyi gözlənilir. Bank sektoru sabitdir: kreditləşmənin artımıbiznes fəallığını dəstəkləyir, hərçənd maliyyələşmə xərclərininyüksəlməsi rentabelliyə təzyiq göstərir. Xarici borc aşağısəviyyədədir (ÜDM-in 10 faizindən az), suveren risk məhduddur,lakin büdcə və ixracın karbohidrogenlərdən asılılığı strukturzəiflik olaraq qalır”, - "Allianz"dan bildirilib.

Məqalədə:
Seçilən
77
1
az.trend.az

2Mənbələr