AZ

Milli Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş silsilə materiallar hazırlanıb

Bakı, 18 fevral, AZƏRTAC

Milli Kitabxanada “Xalq şairi Nəriman Həsənzadə – 95” adlı kitab sərgisi və “Nəriman Həsənzadə” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin şeirləri, poemaları, pyesləri, elmi, ədəbi-tənqidi əsərləri, müəllifi olduğu dərsliklər, tərcümələri, tərtibçi, “Ön söz” müəllifi, məsləhətçi, rəyçi və redaktoru olduğu kitablar yer alıb. Həmçinin Nəriman Həsənzadənin həyatı, dramaturgiyası, lirikası, əsərlərində tarixilik və müasirlik, estetika məsələləri və s. yaradıcılıq yolu haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Elektron məlumat bazasında isə Xalq şairi Nəriman Həsənzadənin irsi - “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslər Nəriman Həsənzadə haqqında”, “Şairin söylədikləri...”, “Şairin əsərləri”, “Şairə ithaf olunmuş əsərlər”, “Tamaşaya qoyulmuş əsərləri”, “Şeirlərinə bəstələnmiş musiqilər” və “Fotoqalereya” bölmələrində tam mətnli resurslarla təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/N.Hesenzade/index.html linkindən istifadə edə bilərlər.

 

Seçilən
96
1
azertag.az

2Mənbələr