AZ

Kəndlərdə iş yeri açılmasa: Hamı şəhərli olacaq

Son vaxtlarda kəndlərdə yaşayan əhalinin böyük hissəsi şəhərlərə köç edir. 

Bu isə şəhərdə sıxlıq, iş çatışmazlığı və digər sosial-iqtisadi problemlər yaradır. Vəziyyət belə davam edərsə, kəndlər boşalacaq, şəhərlərdə isə yer qalmayacaq. 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov “Cebheinfo.az”-a bildirib ki, rəsmi statistikaya görə, Azərbaycan əhalisinin 45,6 % kəndlərdə, 54,4 % isə şəhərlərdə yaşayır. 

Şəhərə köçün artması urbanizasiya prosesinin təbii nəticəsidir: “Bölgələrdə infrastrukturun yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması urbanizasiyanın qarşısını almağa kömək edə bilər. Xüsusən ixtisaslı kadrların bölgələrdə işlə təmin olunması vacibdir. 

Son 15 ildə bölgələrimizin infrastrukturunda ciddi inkişaf olub, bu, nəqliyyat və digər sahələrdə özünü göstərir. Bu isə yerli iş yerlərinin yaradılması və iqtisadi dəyərə çevrilməsi üçün böyük potensialdır”. 

İqtisadçı qeyd edib ki, kəndlərdə əhalinin sayının artırılması və urbanizasiyanın qarşısının alınması üçün bölgələrdə daha çox iş imkanlarının yaradılması zəruridir. 

Seçilən
46
1
cebheinfo.az

2Mənbələr