Bakı, 18 fevral, N.Həsənova, AZƏRTAC
Dilin daxili imkanlar hesabına zənginləşdirilməsinin əsas istiqamətlərindən biri yeni söz yaradıcılığıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli AMEA ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Medianın dili elmi müzakirə müstəvisində" adlı konfransda bildirib.
İsa Həbibbəyli deyib ki, söz yaradıcılığı nə qədər inkişaf edərsə, dil də o qədər zənginləşər: "Bədii ədəbiyyatdan onlarla söz dilimizə daxil olub.
Yazarların və dilçilərin bu istiqamətdə iş görməsi yaxşı olardı".