AZ

Şagird pəncərədən yıxıldı – RƏSMİ AÇIQLAMA

Mingəçevirdə şagird oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb

Mərkəzi Aran Regional Təhsil İdarəsindən NOCOMMENT.az-a bildirilib ki, 18 fevral 2026-cı il tarixində Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta məktəbdə 11-ci sinif şagirdi pəncərədən yıxılıb.

Hadisə zamanı dərhal təcili tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Məktəb rəhbərliyi həmçinin valideynlər və hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

İdarə qeyd edib ki, şagirdin vəziyyəti nəzarətdə saxlanılır və ictimaiyyətdən hadisəyə həssas yanaşaraq yalnız rəsmi açıqlamalara istinad etməsi xahiş olunur.

Gülər

Seçilən
74
nocomment.az

1Mənbələr