Bakı. Trend:
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) UEFA ÇempionlarLiqasında mübarizəni davam etdirən komandaların futbolçularınınoyunlardakı qaçış sürəti ilə bağlı hesabatı açıqlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 20 futbolçunun daxil olduğusiyahıda “Qarabağ”ın oyunçuları da yer alıblar.
Mərkəz müdafiəçiləri arasında ən yüksək göstərici Kevin Medinayaməxsusdur. O, 33,5 kilometr/saatla 12-ci olub.
Cinah müdafiəçilərinin statistikasında Elvin Cəfərquliyev (34,92kilometr/saat) 6-cı, vingerlərdən Emmanuel Addai (35,87kilometr/saat) 4-cü, mərkəz hücumçuları arasında isə Kamilo Duran(33,42 kilometr/saat) 12-ci pillədə qərarlaşıb.