Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda müəyyən edilmir:
-Yaşı 18-dən az olan şəxslərə;
-Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;
-Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;
-Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
-Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
-İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
-Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.