Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət edib.
Publika.az xəbər verir ki, Anar Ələkbərov bu barədə İnstaqram hesabında paylaşım edib.
"Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrim edirik. Böyük söz ustadına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin ruhu daim sözünüzə işıq olsun. Doğum gününüz mübarək!", - Anar Ələkbərov yazıb.
Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.
