AZ

Çində fişəng mağazasında baş verən partlayışda 12 nəfər ölüb

Pekin, 18 fevral, AZƏRTAC

Çində fişəng mağazasında baş verən partlayış nəticəsində 12 nəfər həyatını itirib.

AZƏRTAC Çin mediasına istinadla xəbər veirr ki, hadisə Hubey əyalətinin Cenci qəsəbəsində qeydə alınıb. Partlayışdan sonra güclü yanğın olub.

Hadisənin başvermə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Çində ay təqvimi ilə qeyd olunan yeni il bayramında fişəng atmaq ənənəsi geniş yayılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
83
2
azertag.az

3Mənbələr