AZ

ABŞ səfirliyi Nərimanla bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycan millisinin üzvü Nəriman Axundzadəni MLS təmsilçisi "Kolambus Kryu"ya keçməsi münasibəti ilə təbrik edib.

Fanat.Az xəbər verir ki, qurum sosial şəbəkə hesabları üzərindən bu barədə paylaşım edib. 

"Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən "Kolambus Kryu" klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik!

“Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-nin MLS liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur.

Eyni zamanda, “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə arzulayırıq!"

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Nəriman 2022-2026-c illərdə bu klubun əsas komandasında forma geyinib.

Seçilən
32
fanat.az

1Mənbələr