AZ

Moskvaya yarım milyon manatlıq zinət əşyaları keçirməyə çalışan azərbaycanlı qadın saxlanıldı

Bakı. Trend:

Rusiyanın Vnukovo hava limanında gömrük xidmətinin əməkdaşlarıMoskvaya 18,5 milyon rubl (təxminən 407 000 AZN) dəyərində zinətəşyaları keçirməyə çalışan 33 yaşlı Azərbaycan vətəndaşınısaxlayıblar.

Trend Rusiya KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal GömrükXidməti məlumat yayıb.

Qadın Moskvaya Dubay reysi ilə gəlib. O, “yaşıl dəhliz”dənkeçməyə cəhd edərkən gömrük əməkdaşları qadının çamadanında ağmetaldan hazırlanmış beş üzük aşkar ediblər.

Ekspertiza nəticələri məmulatların orijinallığını təsdiqləyib.Zinət əşyaları 750 əyarlı qızıl və 950 əyarlı platindən hazırlanıb.Onların üzərində brilyant qaşlar olub. Zinət əşyaları qadındanmüsadirə edilib.

Məqalədə:
Seçilən
24
1
az.trend.az

2Mənbələr