AZ

Rusiyanın “Max” sosial şəbəkə layihəsində Putinin gizli payı aşkar edilib

Jurnalist Andrey Zaxarovun araşdırması zamanı VK mülkiyyət strukturunda Putinin qohumu Mixail Şelomovun adını tapılıb...

Poliqon xəbər verir ki, rusiyalı jurnalist Andrey Zaxarov “Max” layihəsinin arxasında gizli payların ola biləcəyi ilə bağlı araşdırma apardığını bildirib. Jurnalistin sözlərinə görə, araşdırma zamanı Vladimir Putin ilə qohumluq əlaqəsi olan Mixail Şelomovun VK şirkətinin mülkiyyət strukturunda iştirakı müəyyən edilib.

Zaxarovun iddiasına görə, Şelomovun karyerası qeyri-adi inkişaf yolu keçib. Bildirilir ki, Putin prezident olmamışdan əvvəl o, fotoqraf kimi fəaliyyət göstərib, daha sonra isə Sovkomflot şirkətində gəmilərin reklam materialları üçün çəkilişlər aparıb. Bununla yanaşı, onun "Sogaz" sığorta şirkətində və digər iri maliyyə strukturlarında çoxmilyardlıq paylara sahib olduğu qeyd edilir.

Jurnalistin iddiasına görə, rəsmi olaraq milyarder hesab edilən Şelomovun həyat tərzi bu statusla ziddiyyət təşkil edir. O, bir müddət sadə bağ evində yaşayıb, hətta bəzi məişət işlərini özü görüb. Hazırda isə Sankt-Peterburq şəhərinin şimalında adi taunhausda yaşadığı və şəxsi məişət məsələlərini özü həll etdiyi bildirilir.

Zaxarov hesab edir ki, Şelomov faktiki benefisiar deyil və müəyyən aktivlər nominal olaraq onun adına rəsmiləşdirilə bilər. Jurnalist bu məsələ ilə bağlı Şelomovla telefon əlaqəsi saxladığını, lakin iddialara dair rəsmi təsdiqin olmadığını da vurğulayıb. Rusiya rəsmiləri isə mövzu ilə bağlı hələlik açıq şərh verməyiblər.

Poliqon.info

Seçilən
101
poliqon.info

1Mənbələr