AZ

Bu, işəgötürənlərin yükünü və xərclərini yüksəldir Pərviz Heydərov

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Minimum aylıq əməkhaqqının artımı ən aşağı əməkhaqqı alan işçilərin gəlirlərinə müsbət təsir etsə də, işəgötürənlərin yükünü və xərclərini yüksəldir. Söhbət onların ödənişlərindən, həmçinin məcburi dövlət sosial sığorta haqlarından gedir. Məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Bu sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir”. 

Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a deyib.

O bildirib ki, sığortaedənin ödədiyi sığorta haqqı əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, sığortaolunan üzrə isə işçinin əməkhaqqı və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi həcmində təşkil edir.  Sığorta haqqına cəlb olunan aylıq gəlir məbləğisə 200 manatdır.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr