AZ

Bazarda rəqabət bəzi şirkətləri real maliyyə imkanlarından artıq layihələrə başlamağa vadar edir Ekspert rəyi

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Tikinti layihələrinin maliyyə mənbələri, xərclərin strukturu və vətəndaşlardan toplanan vəsaitlərin təyinatı üzrə istifadəsi üzərində daha ciddi maliyyə monitorinqi aparılmadıqda sui-istifadə halları yaranır”. 

Bunu 525.az-a iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, bir çox dünya ölkələrində bu kimi halların qarşısını almaq üçün təhlükəsiz hesab sistemi tətbiq olunur. Bu sistemdə vətəndaşın ödədiyi vəsait yalnız tikinti mərhələləri tamamlandıqca şirkətə köçürülür. Bir çox vətəndaş müqavilə şərtlərini tam araşdırmadan, tikinti şirkətinin maliyyə vəziyyəti və hüquqi statusu haqqında məlumat əldə etmədən qərar verir. Bu isə onları potensial dələduzluq riskləri qarşısında daha həssas edir.

Ekspert vurğulayıb ki, bazarda rəqabət və sürətli qazanc motivasiyası bəzi şirkətləri real maliyyə imkanlarından artıq layihələrə başlamağa vadar edir. Layihələrin paralel şəkildə çoxaldılması və vəsait çatışmazlığı nəticədə tikintinin dayanmasına gətirib çıxarır. Belə hallarda zərər çəkən əsas tərəf isə vətəndaşlar olur:

«Problemin həlli üçün tikinti şirkətlərinin maliyyə dayanıqlığına dair lisenziyalaşdırma tələblərinin sərtləşdirilməsi, vətəndaş ödənişlərinin qorunması üçün eskrou mexanizmlərinin geniş tətbiqi, tikinti prosesinə real vaxt rejimində dövlət nəzarətinin gücləndirilməsi vacibdir”.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
525.az

1Mənbələr