AZ

Bakının məşhur restoranlarında iftar QİYMƏTLƏRİ

Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır.

Paytaxt restoranları artıq müştərilər üçün xüsusi iftar menyularını təqdim etməyə hazırlaşır.

Qiymətlər və menyu tərkibi məkanın səviyyəsindən, yerləşdiyi ərazidən və təqdim olunan yeməklərin çeşidindən asılı olaraq dəyişir.

“Cebheinfo.az” restoranlarda bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri ilə bağlı araşdırmanı təqdim edir.

*“Özsüt” restoranında bir nəfər üçün iftar menyusunun qiyməti 29-35 manat arasında dəyişir. Menyuda soyuq qəlyanaltılar, şorba, əsas yemək və desert təqdim olunur.

*“Biz Bizə Restoranı” bir nəfərlik iftar süfrəsini 28 manata təklif edir. Burada da menyu soyuq yeməklər, şorba, əsas yemək və şirniyyatla zənginləşdirilib.

*Milli mətbəxi ilə seçilən “Firuzə Restoranı”nda bir nəfər üçün iftar qiyməti 28,5 manatdır. Burada dolma, kabab, plov və müxtəlif soyuq qəlyanaltılar təqdim olunur.

*“Central Baku” restoranında iftar menyusu adam başına 44 manat təyin olunub. Menyu ilə daha geniş çeşidli soyuq yeməklər və əsas yeməklər təklif olunur.

*“Caravan Baku” isə daha münasib qiymət – 25 manatlıq menyu təklif edir.

*Dənizkənarı Bulvar ərazisində yerləşən “The Gallery Baku”da bir nəfərlik iftar süfrəsi 25-35 manat arasında dəyişir. Bulvarda yerləşən “Sədəf Restoranı” isə daha sadə və münasib – 20 manatlıq menyu təklif edir.

*İçərişəhərdə yerləşən restoranlarda qiymətlər bir qədər yüksəkdir. “Natavan Restoranı”nda bir nəfərlik iftar menyusu 35-45 manat, “Burc Qala Restoranı”nda isə 27 manat təşkil edir.

*Paytaxtın ən məşhur restoranlarından olan “Günaydın Restoranı”nda isə bir nəfərlik menyu 90 manatdır və süfrələr daha lüks və zəngin təqdim olunur.

Beləliklə, Bakıda iftar süfrələrinin qiyməti 20 manatdan başlayaraq 90 manatadək dəyişir. Hər bir restoran həm süfrənin tərkibini, həm də xidmət keyfiyyətini nəzərə alaraq müştərilər üçün müxtəlif seçim imkanları təqdim edir.

Seçilən
49
15
cebheinfo.az

10Mənbələr