ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Müğənni Mətanət Əsədova qonaq olduğu televiziya verilişlərinin birində şəxsi həyatı və səhhəti ilə bağlı səmimi açıqlamalar verib. Sənətçi uşaq yaşlarından bəri ailə üzvlərini itirdiyini və yaşadığı ağır günlərin onun sağlığına ciddi təsir etdiyini bildirib.Demokrat.az xəbər verir ki, sənətçinin sözlərinə görə yaşadığı sarsıntılar nəticəsində orqanizmində nadir rast gəlinən problem yaranıb. Müğənni həkimlərin ona qoyduğu diaqnoz və səsinin batması ilə bağlı bunları deyib:"Həkim dedi ki, ürəyinlə ciyərinin ortasında şiş yaranıb, səsim batdı. Belə bir şeylə tibbdə rastlanılmayıb. Həkimlər dedi ki, Azərbaycanda ilk səndə gördüm. Fikirdən yarandı. Həssas adamam. Nəsə qəfil xəbər olanda ətrafdakılara deyirəm mənə deməyin. Tək yaşayıram. Çox pis oluram".Mətanət Əsədova taleyinin çətin gətirdiyini vurğulayaraq keçmişdə yaşadığı itkilərin bu gün də izlərini daşıdığını qeyd edib. O, ailə üzvləri ilə bağlı xatirələrini bu cümlələrlə ifadə edib:"Başıma gəlməyən müsibətlər qalmadı. Uşaq vaxtından fikir etmişəm. Anam, atam, bacım, qardaşım, qardaşımın balası... Taleyim belə gətirdi".Hazırda tək yaşadığını deyən ifaçı emosional xəbərlərə qarşı çox həssas olduğunu və bu səbəbdən ətrafındakılardan diqqətli olmalarını xahiş etdiyini bildirib.Həmçinin oxu:
Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi
Səhvən 20 külçə qızılı zibilliyə atdı
'Əgər evli olmasaydım, yumurtalıqlarımı dondurardım' — FOTOLARDemokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.