AZ

“İranda əsas qərarverici ali rəhbərlikdir” ŞƏRH

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ ilə aparılan danışıqlar ölkənin ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir.

Pezeşkian bunu ruhanilərlə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Xamenei hökuməti bütün sahələrdə dəstəkləyir və danışıqların əsas məqsədi problemləri real şəkildə həll etməkdir.

Gununsesi.info-bildirir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, danışıqlar prosesində əsas qərarverici fiqur ali rəhbərlikdir və xarici işlər naziri bu çərçivədən kənara çıxa bilməz.

Onun fikrincə, bu amil danışıqların gedişinə və mümkün razılaşmaların məzmununa birbaşa təsir göstərir:

“Bu o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçı ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir.

İran mühafizəkarları ABŞ-dan çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar. Təsadüfi deyil ki, Tehran uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Bundan başqa Tehran zənginləşdirilən uranın üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır. Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ Prezidenti Donald Tramp buna etiraz etməz. Ancaq məsələ bununla bitmir”.

O qeyd edib ki, Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa İrana ünvanladığı daha 2 tələbi (uzaqmənzilli ballistik raketlərdən və bölgədəki silahlı qruplara dəstəkdən imtina) var idi:

“Bu tələblərin yerinə yetirilməsi ABŞ-ın bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır. Ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər mövzuları isə müzakirə etmək istəmir. Tehran Vaşinqtonun uranın zənginləşdirilməsiylə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qaldırılacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp qərar verməyib”.

Banu

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
icma.az

2Mənbələr