AZ

“Azərbaycan Balkanlarda əsas tərəfdaşa çevrilməkdədir” Politoloq

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Azərbaycanla Serbiya arasında çox yaxşı münasibətlər qurulub. Çox nadir hallarda dünyada hansısa lider, - xüsusilə, söhbət Avropa liderlərindən gedir, - kimisə tərifləyir, barəsində xoş sözlər deyir. Biz dəfələrlə digər liderlərlə yanaşı, Serbiya Prezidenti Aleksandar Vuçiçin İlham Əliyevin ünvanına siyasi leksikonda desək, tamamilə nümunəvi və xoş sözlər dediyinə şahidlik edirik. O, İlham Əliyevi özü üçün örnək bir lider adlandırır”.

Bu barədə 525.az-a dövlət başçısının Serbiya səfərini şərh edən politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Prezidentin səfəri ilə bir daha təsdiq edildi ki, Azərbaycanla Serbiya arasında ümumilikdə həm təbii qaz ilə bağlı ciddi şəkildə fəaliyyət mexanizmləri gücləndirilir və genişləndirilir, eyni zamanda, artıq enerji siyasəti ilə bağlı yeni layihələr həyata keçiriləcək.

“Əgər buna qədər söhbət təkcə Azərbaycandan Serbiyaya təbii qazın ötürülməsindən gedirdisə, bundan sonra Serbiya da həmin o enerjinin şaxələndirilməsində, istehlakında əsas aktora çevriləcəkdir. Bu da olduqca vacib nüanslardan biridir. Bilirik ki, Azərbaycan Balkanlarda son beş ildə öz mövqeyini kifayət qədər gücləndirib, demək olar ki, əksər Balkan ölkələri və Şərqi Avropa ölkələri Azərbaycanla enerji sahəsində əməkdaşlıq edirlər. Bu, təkcə təbii qazla, neftlə bağlı deyil, eyni zamanda, yaşıl enerji, Qara dənizin dibi ilə çəkiləcək fiber optik xətlərlə bağlıdır. Biz Şərqi Avropa və Balkanlarda Azərbaycanın demək olar ki, qeyri-Avropa ölkələri arasında bir nömrəli tərəfdaşa çevrildiyinə də şahidlik etməkdəyik”, - politoloq söyləyib.

Onun sözlərinə görə, Serbiyaya səfər, imzalanan sənədlər münasibətlərin inkişafında yeni mərhələ açır.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
525.az

1Mənbələr