AZ

“Vnukovo”da azərbaycanlı saxlanıldı – 400 minlik QALMAQAL

Vnukovo hava limanında gömrük əməkdaşları 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

KONKRET.az xəbər verir ki, o, ümumi dəyəri 18,5 milyon rubl (234 561 ABŞ dolları) olan zinət əşyalarını Moskvaya keçirməyə cəhd etməkdə şübhəli bilinir.

Bu barədə Rusiya Federal Gömrük Xidməti (FTX) məlumat yayıb. Məlumata görə, qadın Dubaydan Moskvaya uçan reyslə gəlib. O, “yaşıl dəhliz”dən keçmək istəyərkən gömrük əməkdaşları çamadanına baxış keçiriblər və beş ədəd ağ metaldan hazırlanmış üzük aşkar ediblər.

Ekspertiza nəticəsində məmulatların orijinal olduğu təsdiqlənib. Bildirilib ki, zinət əşyaları 750 əyarlı qızıldan və 950 əyarlı platinadan hazırlanıb, üzərlərinə brilyant qaşlar yerləşdirilib.

Aşkarlanan əşyalar müsadirə olunub.
Faktla bağlı strateji əhəmiyyətli malların qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Qadını beş ilədək azadlıqdan məhrumetmə və ya 1 milyon rubladək cərimə gözləyir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
121
1
konkret.az

2Mənbələr