AZ

Aeroport şosesinin hər iki istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq (VİDEO)

Bakı.Trend:

Aeroport şosesinin hər iki istiqamətində saat 02:30-dan 05:15-əkimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollarayönləndirilicək.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, 21 fevral tarixində paytaxtın Suraxanı rayonu,Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılanelektron məlumat-sürət tablolarının üzərində olduğu metalkonstruksiyada son tamamlama işləri görüləcək.

Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək Hava limanıyolundan (Hava limanı körpüsündən "Koroğlu" metro stansiyasıistiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Havalimanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyəttətbiq ediləcək.

Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkətdayandırılaraq nəqliyyat vasitələri alternativ yollarayönləndirilicək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanınagedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindəngələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinəistiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanıistiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yolunakeçməklə də hərəkət edə biləcəklər.

Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdəavtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətinitəmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlərgörüləcək.

Seçilən
41
40
az.trend.az

10Mənbələr