AZ

Bakıda kişi keçmiş arvadını döydü

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Qaradağ rayonunda 46 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 14-də rayonun Lökbatan qəsəbəsində baş verib. Füzuli rayon sakini, 1980-ci il təvəllüdlü Ehtiram həmin gün saat 19:30-da keçmiş arvadı Züleyxanın (adlar şərtidir – red.) yaşadığı gedib. Orada Züleyxa ilə mübahisə edib. Münaqişə vaxtı yumruqla qadının çənə nahiyəsinə bir dəfə əli ilə vurub, ona xəsarət yetirib. Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ehtiram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Züleyxa ilə 2007-ci ildə ailə həyatı qurub: “Birgə nigahımızdan 2008-ci il təvəllüdlü qızım Esmira, 2009-cu il təvəllüdlü oğlum Səməd anadan olub. İlk əvvəllər ailə münasibətlərimiz yolunda getsə də, sonradan aramızda baş vermiş ailə münaqişələrindən sonra 2024-cii ilin aprel ayının 30-da rəsmi olaraq Qaradağ Rayon Məhkəməsinin qərarı ilə boşandıq. Boşandıqdan sonra Züleyxa qızım ilə birlikdə yaşamağa başladı”.Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 14-də, saat 19.30-da oğlu Səmədlə birlikdə boşandığı arvadı Züleyxanın yaşadığı Lökbatan qəsəbəsində yerləşən evə getdik. Həmin ünvanda olan zaman evin mətbəx otağında Züleyxa ilə söhbət etməyə başladıq. Bu zaman aramızda qısqanclıq və şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə münaqişəyə çevrildi. Züleyxa mənim köynəyimin yaxasından tutaraq cırdığı üçün əsəbi halda yumruq zərbəsi ilə onun çənə nahiyəsindən bir dəfə yumruq zərbəsi vurdum. Aramızda yaranmış səs-küyü evin qonaq otağında olan oğlum, qızım və Züleyxanın bacısı eşitdilər. Bundan sonra oğlum Səmədlə birlikdə həmin evdən getdik”.Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bununla bağlı qadın məhkəməyə ərizə də təqdim edib. O, ərini bağışladığını, onunla barışdığını qeyd edib. 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr