Bu barədə Ekologiya.az-a səhmdar cəmiyyətdən bildirilib.
Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-da yola düşəcək.
Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.
Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.