ain.az, Azertag portalına istinadən məlumat verir.
Mərkəzi Gömrük Hospitalında anadangəlmə ürək qüsuru diaqnozu ilə doğulan 11 aylıq körpə uğurlu cərrahi müdaxilə nəticəsində sağlamlığa qovuşub.
Əməliyyatı hospitalın Ürək-Damar şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov və onun rəhbərlik etdiyi peşəkar komanda yerinə yetirib. Həkimlər saatlarla davam edən mürəkkəb əməliyyat zamanı yüksək məsuliyyət, dəqiqlik və koordinasiya nümayiş etdiriblər.
Cərrahi prosesdə həkim-anestezioloq Şahin Mazanov, həkim-rezidentlər Hilal Abdullayev və Fidan Abdullayeva, eləcə də əməliyyat və reanimasiya mərhələsində körpəyə tibbi xidmət göstərən tibb bacıları və dəstək personalı yaxından iştirak ediblər.
İcbari tibbi sığorta ilə icra edilən əməliyyat kiçik bir ürək üçün böyük həyəcan, məsuliyyət və gərgin əməyin nəticəsi olub. Həkimlərin peşəkarlığı, anestezioloji təminatın yüksək səviyyədə təşkili, tibb bacılarının diqqət və qayğısı, eləcə də bütün komandanın koordinasiyalı fəaliyyəti uğurlu nəticənin əsasını təşkil edib.
Hazırda körpənin vəziyyəti qənaətbəxşdir və onun müalicəsi həkim nəzarəti altında davam edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.